YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni Azərbaycan Partiyası 50 min seçici imzasının olduğu imza vərəqələrini MSK-ya təqdim edib

Yeni Azərbaycan Partiyası 50 min seçici imzasının olduğu imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

Bu barədə Yeni Azərbaycan Partiyasının rəsmi sosial şəbəkə hesablarında məlumat verilib.

Məlumatı təqdim edirik:

Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Respublikası Prezidentliyinə irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasının olduğu imza vərəqələrini Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tələb olunan digər sənədlərlə birlikdə bu gün, dekabrın 26-da Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

Xeyirli-uğurlu olsun!

 Bu prosesin qısa müddət ərzində və mütəşəkkil surətdə həyata keçirilməsində zəhməti olan bütün siyasi həmfikirlərimizə təşəkkürümüzü bildirir və fürsətdən istifadə edərək partiya üzvlərimizi, bütün Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, doğma Azərbaycanımıza isə sülh və tərəqqi, Azərbaycan Respublikası Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da yeni-yeni qələbə və Zəfərlər arzu edirik.

Yaşasın Azərbaycan! Qədirbilən Azərbaycan xalqına eşq olsun!

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı