YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Zirvələri fəth edən Liderə səs verək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 4-də Yevlax rayonunun Cırdaxan kəndində və şəhərin C.Cabbarlı küçəsində yaşayan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Milli Məclisin deputatı İlham Məmmədov, təşviqat qrupunun üzvləri Niyaz Hüseynov, Zemfira Məmmədova, Gülüstan Əliyeva və Əminə Əhmədova çıxış ediblər.

Qeyd olunub ki, Prezident İlham Əliyev 20 illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib.  O, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edib.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak edərək uğurlarımızın davamı, yeni zirvələri fəth etmək naminə YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər son 20 ilin tarixi uğurlarına əsaslanaraq Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində Yevlax rayonunun Xaldan kəndində yaşayan 104 yaşlı seçici ziyarət olunub.