YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Azərbaycanın dinamik inkişafını təmin edən Lider

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 4-də Nərimanov rayonunda seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov, təşviqat qrupunun üzvləri Ağaəli Hüseynov, Rasim Rzaxanov və digərləri çıxış ediblər. Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyev siyasi liderliklə yanaşı, zəfər qazanmış müzəffər sərkərdə obrazını da özündə birləşdirir.

Natiqlər fevralın 7-də keçiriləcək prezident seçkilərində fəal iştirak etmək və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs vermək üçün çağırış ediblər.

Seçicilər isə fevralın 7-də xalqımıza Zəfəri bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs  verəcəklərini qeyd ediblər.