YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalqın seçimi İlham Əliyevdir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 4-də Nəsimi rayonunda yaşayan şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Daha sonra Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Görüşdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, YAP Təftiş komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, təşviqat qrupunun üzvləri Vaqif Abdullayev, Nadir İsmayılov, Lalə Azərtaş, Aysel Kərimova, Məhbubə Vəliyeva, Aydın Talışısınkiy, şəhid anası Lətifə Novruzova,  Alimə Cəfərova çıxış ediblər. Natiqlər Prezident İlham Əliyevin siyasətinin uğurlarından bəhs edərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, rayonun Məhəmməd Naxçıvani, Liteyni döngəsi, Fuad İbrahimbəyov, Düşərgə küçələrinin seçiciləri ilə fərdi görüşlər də olub.