YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

İsmayıllıda seçicilərlə növbəti görüş...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 4-də İsmayıllı şəhərində Heydər Əliyev adına Mədəniyyət Mərkəzində  seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Görüşdə YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirov, təşviqat qrupunun üzvü Orxan Ağayev çıxış ediblər. Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş daxili və xarici siyasət nəticəsində ölkəmiz davamlı olaraq inkişaf edir. İqtisadi baxımdan güclü dövlətə çevrilən Azərbaycan məhz işğalda olan ərazilərini də öz gücünə azad edib. Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri davam edir.  Ölkəmiz bundan sonra daha da inkişaf edəcək və özünün təqrəqqisini davam etdirəcək.

Natiqlər Azərbaycanın gələcək inkişafı naminə seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər isə bildiriblər ki, fevralın 7-də keçiriləcək seçkilərdə fəal iştirak edəcək, Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklər.

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.