YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

İmişli rayonunda seçicilərlə görüş...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 4-də İmişli rayonunda şəhid ailələrinin üzvləri, müharibə əlilləri və veteranları görüş keçirilib.

Görüşdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhid atası Tədbir Quliyev, şəhid anası Ramilə Savalanova, təşviqat qrupunun üzvləri Saleh Səmədov və Elnur Tağıyev çıxış ediblər. Çıxışçılar bildiriblər ki, cənab İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə ona xalq arasında böyük rəğbət, sonsuz inam və etibar qazandırdı. 

Natiqlər ilk dəfə bütün Azərbaycan ərazisini əhatə edəcək Zəfər seçkisinin qalibinin cənab İlham Əliyevin olacağına əminlik ifadə ediblər. 

Qeyd edək ki, həmin gün rayonun müxtəlif ərazilərində seçicilərlə fərdi görüşlər də keçirilib.