YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Dövlət siyasəti xalqımızı xoşbəxt gələcəyə aparır

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Qaradağ rayonunun Qızıldaş qəsəbəsinin seçicilərilə görüş keçirilib.

Görüşdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov, təşviqat qrupunun üzvləri Zümrüd Rzayeva, Günay Ağaverdiyeva, Əli Qasımov, Sahib Hüseynov, şəhid atası Novruz Əliyev, qazi Əli Abbasov və başqaları çıxış ediblər. Çıxışlarda Azərbaycan dövlətinin Ümummili Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi uğurlar barədə geniş məlumat verilib. Vurğulanıb ki, son 20 ildə ölkəmizə rəhbərlik etmiş Prezident İlham Əliyevin siyasətinin zirvəsində tarixi Zəfər nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası dayanır. Qeyd edilib ki, Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqımızı xoşbəxt gələcəyə aparır.

Natiqlər bildiriblər ki, ölkəmizin gələcək inkişaf konsepsiyasının uğurla davam etdirilməsi, Böyük Qayıdış proqramının müvəffəqiyyətlə tamamalanması üçün növbəti dövrdə cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etməsi zəruridir. Dövlət başçısının ətrafında sıx birləşən Azərbaycan xalqı fevralın 7-də keçiriləcək prezident seçkilərində yüksək fəallıq nümayiş etdirərək bu möhtəşəm siyasətin davamına səs verəcək.

Seçicilər Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Həmin gün Qaradağ rayonunun Səngəçal və Qobustan qəsəbələrində yaşayan seçicilərlə də məhəllə görüşləri keçirilib.