YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xızılıların seçimi YAP-ın namizədidir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də YAP Xızı rayon təşkilatında ziyalılar, ağsaqqallar, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, veteranları, gənclər, o cümlədən idmançılar ilə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra  Prezident İlham Əliyevin fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Görüşdə YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev, Milli Məclisin deputatı Müşfiq Məmmədli, təşviqat qrupunun üzvləri Fərrux Haqverdiyev, Xudayət Cabbarov, Həcər Rəsulova, Xanbaba Əzimov, şəhid anası Zəhra Cəfərova və şəhid atası Qeyrətxan Əliyev çıxış edib.

Çıxışlarda YAP-ın namizədi İlham Əliyevin zəngin həyat yolundan, Onun Azərbaycan dövlətçiliyi üçün həyata keçirdiyi misilsiz xidmətlərdən, həmçinin, Xızıda aparılan abadlıq-quruculuq işlərindən danışılıb.     

Natiqlər vətəndaşları dövlətimizin dinamik inkişafını təmin edən, ölkəmizi uğurdan uğura aparan cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.       

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.