YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Nəriman Həsənzadə: Cənab İlham Əliyevin Liderliyi ilə qazandığımız Zəfər Azərbaycan tarixinə əbədi həkk olundu

“Bir neçə gündən sonra - fevral ayının 7-də xalqımız, Azərbaycan vətəndaşları öz Liderinə - Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevə səs verəcək. Biz İlham Əliyev epoxasının azərbaycanlılarıyıq”.

Bu fikirləri Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Heydər Əliyev Mükafatı laureatı, Xalq şairi Nəriman Həsənzadə bildirib.

N.Həsənzadə qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin “Azərbaycan xalqı dahi xalqdır” sözlərini cənab İlham Əliyev sübuta yetirdi: “Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında Qarabağ bölgəsində həyata keçirdiyi antiterror tədbirləri ilə dünyaya nümunə göstərdi. Beləliklə, xalqımızın tarixi, şərəf və ləyaqəti qorundu”.

“Hörmətli Prezidentimiz cənab İlham Əliyevin Liderliyi ilə qazandığımız Zəfər Azərbaycan tarixinə əbədi həkk olundu. Müzəffər Ali Baş Komandanımız var olsun!”,- deyə Xalq şairi vurğulayıb.