YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qubada şəhid ailələri və qazilərin seçimi qalib Liderdir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Quba rayonundan olan şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, təşviqat qrupunun üzvləri şəhid Mehrab Niftəliyevin atası Söhrab Niftəliyev, şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova və təşviqat qrupunun üzvü Fidan Bağırova çıxış ediblər.

Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkədə görülən işlərin göz qabağında olduğu bildirilib. Qeyd olunub ki, ərazi bütövlüyümüzün və suverenliyimizin bərqərar olunması görülən işlərin məntiqi nəticəsidir.

Diqqətə çatdırılıb ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Quba rayonunda da şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşılır, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə, qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, həmin gün Vətən müharibəsi şəhidləri Şahin Allahyarov və Seymur Qocayevin məzarları ziyarət olunub, onların əziz xatirəsi hörmət və ehtiramla yad edilib.