YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Şəmkir rayonunda seçicilərlə görüşlər davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində  Şəmkir rayonunun Abbaslı, Aşağı Seyfəli, Çaparlı, Dəllər Daşbulaq, Təzəkənd və Düzqışlaq kəndlərində yaşayan seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Milli Məclisin deputatı Nurlan Həsənov, təşviqat qrupunun üzvləri Elvira Allahverdiyeva, Nizami Əhmədov, Vasif Nəbiyev, İmamverdi Aslanov, Məmməd Qasımov, Azər Əliyev, Samirə Kazımova, Hilal Məmmədov çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı sağlam və möhkəm təməl üzərində Prezident İlham Əliyevin inşa etdiyi güclü və müasir Azərbaycan gələcəyə doğru inamla addımlayan ölkələr sırasında öz layiqli yerini tutub. Son 20 ildə sosial-iqtisadi inkişaf, təhsil, mədəniyyət, ümumən dövlət həyatının bütün sahələrində parlaq nailiyyətlər əldə olunub. Görülən işlərin zirvəsi isə heç şübhəsiz, cənab İlham Əliyev rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasıdır.

Seçicilər bildiriblər ki, onların seçimi ölkəmizə parlaq qələbə bəxş edən, suverenliyimizin bərpasına nail olan qalib Lider İlham Əliyevdir.