YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Tarixi zəfərin memarı!

Sumqayıt şəhərində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də Sumqayıt şəhəri Nəriman Nərimanov adına Mədəniyyət evində seçicilərlə keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, təşviqat qrupunun üzləri Namis Şirməmmədov, İbrahim İlyaslı, Səbinə Mehdiyeva, Nigar Vəliyeva çıxış ediblər. Çıxışlar zamanı dövlət başçısı cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər ərzində Azərbaycanın sürətli inkişafa nail olduğu, vətəndaş cəmiyyətinin formalaşdırılması, təhsil, səhiyyə, həmçinin mədəniyyət sahələrində mühüm uğurların əldə edildiyi söylənilib. Eləcə də, bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasət ölkəmizin regiondakı, dünyadakı geosiyasi və geoiqtisadi mövqeyini get-gedə gücləndirir. Azərbaycan bu gün beynəlxalq arenada söz sahibi olan bir dövlətə çevrilib.

Seçicilər isə vurğulayıblar ki, dövlət başçısının siyasətini dəstəkləyir və 7 fevralda məhz qalib Lider İlham Əliyevə səs verəcəklər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.