YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Qalib Liderlə Zəfərlərə davam!”

Nəsimi rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də Nəsimi rayonunda Rasim Səfərov, Novruzov Qardaşları, Yusif Vəzir Çəmənzəminli, Mərdanov Qardaşları, Namiq Məlikov və Cəlil Məmmədquluzadə küçələrində yaşayan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, YAP Təftiş komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, təşviqat qrupunun üzvləri  Vaqif Abdullayev, Məhəbbət İbrahimova, Ruhəngiz Heydərova, Aydın Talışınskiy və Aysel Kərimova  çıxış ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin 20 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Çıxışlarda qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qalib ordumuz erməni təcavüzkarlarını torpaqlarımızdan qovaraq ərazi bütövlüyünü bərpa edib. Bu, xalqımızın tarixi, heç vaxt unudulmayacaq qələbəsi, ədalətin təntənəsidir. Natiqlər Prezident İlham Əliyevin Azərbaycanı uğurlu gələcəyə aparan, dövlətimizi və xalqımızı dünyada yüksək səviyyədə təmsil edən bir Lider olduğunu bildiriblər.

Görüşdə çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək Azərbaycana uğurla rəhbərlik edən Lider İlham Əliyevə səs verəcəklərini diqqətə çatdırıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, təşviqat qrupunun üzvləri “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq  “Cavadxan”, “20 yanvar” və “Hüseyn Seyidzadə” küçələrində seçicilərlə məhəllə görüşləri keçiriblər.