Seçki-2024
İlham Əliyevə xalqın sevgisi sonsuzdur!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Yasamal rayonunda seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov, təşviqat qrupunun üzvləri Rəna Mirzəzadə, İsmayıl Əliyev, Rövşən İbrahimli, Kamran Eyyubov və Afaq Əsgərova çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra Azərbaycanda və regionda yeni reallıqlar yaranıb, ölkəmiz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olub. Bu reallıqların müəllifi də məhz Prezident İlham Əliyevdir. 20 ildə hər bir azərbaycanlının Prezidenti olduğunu daxili və xarici siyasəti, uğurlu fəaliyyəti ilə təsdiqləyən cənab İlham Əliyevə xalqın sevgisi sonsuzdur.
Çıxışların sonunda əldə olunan Zəfərlərin və uğurların davamı üçün cənab İlham Əliyevə səs verilməsi üçün çağırış edilib.
Sonda çıxış edən seçicilər prezident seçkilərində qalib xalqın qalib Lideri İlham Əliyevə səs verəcəklərini bildiriblər.