YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Yeni məqsədlər, səmərəli fəaliyyət

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan, Əmircan və Qaraçuxur bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, bələdiyyələrin maliyyə imkanlarının genişləndirilməsi və hüquqi bazasının təkmilləşdirilməsi onların daha təsirli idarəetmə mexanizmləri qurmasına şərait yaradır. Qeyd olunub ki, əhalinin ictimai iştirakçılığının artırılması yerli məsələlərin daha effektiv həllinə imkan verir.

Bələdiyyə üzvlüyünə namizədlər Elburus Xəlilov, İbrahim İbrahimov, Seymur Rəsulov, Sənan Əliyev, Könül Hümbətova, Nəzrin Mirzəli, Məzahir Əhmədli və digərləri bildiriblər ki, dövlət siyasətində bələdiyyələrin inkişafı üçün əsas istiqamətlər müəyyənləşdirilmiş, onların fəaliyyətinin gücləndirilməsinə, hüquqi bazasının təkmilləşdirilməsinə və maliyyə imkanlarının artırılmasına xüsusi diqqət yetirilir.

Qeyd edək ki, həmin gün YAP-ın namizədləri Aysel Şərifova, Emil Yusifov, Cəlal Məhərrəmov, Anar Tağıyev, İxdiyar Nəcəfov, Arif Şahmuradov, Mirvari Quliyeva, Rəşad Rzayev, İlham Mirzəyev şəhidlər Orxan Hüseynov və Ramil Rzayevin ailələrini ziyarət ediblər.