Seçki-2024
Yeni Azərbaycan Partiyası siyasi sistemin aparıcı qüvvəsidir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ağstafa rayonu, Göycəli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev YAP-ın növbəti bələdiyyə seçkilərinə də yüksək səviyyədə hazırlaşdığını diqqətə çatdıraraq bildirib ki, siyasi sistemin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyası 1999, 2004, 2009, 2014 və 2019-cu illərdə keçirilmiş bələdiyyə seçkilərində fəal iştirak edərək inamlı qələbələr qazanıb.
Görüşdə çıxış edən təşviqat qrupunun üzvü Hüseyn Hüseynov, Məmməd Məmmədov, bələdiyyə üzvlüyünə namizədlər Yasin Əhmədov, Mayıl Həsənov, Xəyyam Hüseynov, Şahlar Əzimov, Arifə İbrahimova, Nizami İsgəndərov, Rüfət Axundov, Əfqan Məmmədov, Sabutay Aşırov və Asim Namazov bildiriblər ki, ardıcıl xarakter daşıyan islahatlar bütün sahələrdə davamlı yüksəlişi təmin edir.
Seçicilərdən Vasif Hüseynov, Rafiq Əliyev, Raqif Mehdiyev, Siyatel Alıyeva, Hicran Avdıyeva, Hümbət Allahverdiyev, Fərrux Rzayev, Mehdi Məmmədov və Rüfət Batıyev çıxışlarında bələdiyyə seçkilərində YAP namizədlərini dəstəkləyəcəklərini vurğulayıblar.
Həmin gün Ağstafa rayonunun Göycəli, Qırılı, Qarahəsənli, Həsənsu, Aşağı Kəsəmən və Köçəsgər bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəllə görüşləri də təşkil olunub.