YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP növbəti qələbəyə hazırlaşır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qəbələ rayonunun Nic bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov bildirib ki, ölkəmizdə keçirilən seçkilər hər zaman mühüm siyasi hadisə kimi cəmiyyətimizin diqqət mərkəzindədir. O qeyd edib ki, ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyası bütün seçkilərdə olduğu kimi bələdiyyə seçkilərinə də yüksək fəallıqla başlayıb.

Görüşdə çıxış edən seçki qərargahının üzvləri Zahir Məmmədov, Zəki Emil və bələdiyyə üzvlüyünə namizədlər Valeriy Dallari, Vadim Quvasaari partiyanın seçki proqramı haqqında geniş məlumat veriblər.

Görüşdə iştirak edən seçicilər Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.

Həmçinin rayonun Qəbələ, Bum, Mıxlıqovaq və Yenikənd bələdiyyələri üzrə YAP namizədlərinin seçicilərlə məhəllə görüşləri keçirilib.