Seçki-2024
Xətai seçicilərinin seçimi bəllidir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Xətai rayonu, Əhmədli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğurunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev bildirib ki, yerli özünüidarəetmənin əhəmiyyətindən bəhs edib. O, YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verib.
Tədbirdə çıxış edən təşviqat qrupunun üzvləri Asif Məcidov, Aygün Əhmədli, mşəhid atası Meyvəddin Ramaldanov bildiriblər ki, bələdiyyələr yerli sosial və iqtisadi inkişafı təmin etməkdə mühüm rol oynayır.
Seçicilərdən Heyran Bağırova və başqaları ümumxalq partiyası olan YAP-ın namizədlərinə etimad göstərəcəklərini vurğulayıblar.