YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmsəddin Hacıyev: İnkişaf əsas qanunumuzda müəyyən yeniliklərin edilməsini şərtləndirir

«Bu gün dövlətimiz siyasi-hüquqi və sosial-iqtisadi baxımdan sürətlə inkişaf edir. Bu inkişaf əsas qanunumuzda da müəyyən yeniliklərin edilməsini şərtləndirir». Bu fikirləri  “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev deyib.

S.Hacıyev bildirib ki, Azərbaycan regionun lider ölkəsi kimi transmilli layihələrin təşəbbüskarı və reallaşdırıcısı kimi dünyada tanınır. Onun sözlərinə görə, Azərbaycanın qlobal əhəmiyyətli dövlətə çevrilməsi, həm də böyük dövlətlərin diqqət mərkəzinə gələrək müsbət və mənfi tendensiyaların əsas hədəfi olması Azərbaycanın inkişafını keyfiyyətcə yeni mərhələyə daşıyacaq və təhlükəsizliyini təmin edəcək hüquqi dəyişikliklərin həyata keçirilməsini günün tələbinə çevirir.

«Konstitusiyaya təklif edilən dəyişikliklər də məhz günün reallıqlarından irəli gəlir. Bu, ölkənin inkişafına, respublikanın gücünün, qüdrətinin artmasına, onun təhlükəsizlik sisteminin möhkəmlənməsinə xidmət göstərən amillərdən biridir»- deyə, Ş.Hacıyev qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv