YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP fəaliyyətini müəyyən edilmiş hədəflər istiqamətində qurur

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şəki rayonunun Oxud bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Şəki rayon təşkilatının sədr müavini Ziya Vəliyev əvvəlcə partiyanın keçdiyi şərəfli yoldan, ötən dövr ərzində qazandığı uğurlardan danışıb. Onun sözlərinə görə, YAP qısa müddət ərzində xalqı öz ardınca aparmağı bacaran böyük bir siyasi qüvvəyə çevrilib: “Bu, danılmaz bir faktdır ki, məhz YAP-ın liderliyinin sayəsində Azərbaycan sosial-iqtisadi inkişaf baxımından dünyanın ən qabaqcıl ölkələrindən biri olub”.

Z.Vəliyev yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərini Azərbaycanın demokratik inkişafında mühüm addımlardan biri kimi xarakterizə edib. O, bildirib ki, demokratik sistemin təməl prinsiplərindən biri olan şəffaflıq və hesabatlılıq bələdiyyələr vasitəsilə təmin olunur.

Görüşdə çıxış edən təbliğat qrupunun üzvü Vüqar Qafurov, bələdiyyə üzvlüyünə namizədlər Arzu İbrahimova, Tərlan Səlimov, Murad İsmayılov bildiriblər ki, bələdiyyələr yerli özünüidarəetmənin əsasını təşkil edir. Bələdiyyələrin gücləndirilməsi yaşayış məntəqələrinin inkişafı və əhalinin rifahının artırılması deməkdir. Bələdiyyə seçkiləri yerli problemlərin həllində iştirak etmək və gələcəyimizi birlikdə qurmaq üçün mühüm bir imkandır.

YAP-ın namizədləri söz veriblər ki, yeni formalaşacaq bələdiyyələrdə təmsil olunacaqları halda, öz fəaliyyətlərini məhz bu hədəflər istiqamətində quracaq və onlara göstərilən etimadı əməli işləri ilə doğruldacaqlar.

Seçicilər Oruc Məmmədov, Əbdürrəhim Rəsulov YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.