YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət siyasəti xalqımızı xoşbəxt gələcəyə aparır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Sədərək rayonu, Sədərək bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Sədərək rayon təşkilatının sədri Arif Qasımov ölkəmizdə bələdiyyələrin yaranma tarixi, ötən dövr ərzindəki fəaliyyətləri, dövlətimiz tərəfindən yerli özünüidarəetmə orqanlarına göstərilən dəstək barədə ətraflı məlumat verib. Təşkilatın sədri, həmçinin yanvarın 29-da bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını bildirib.

Seçki qərargahının üzvü Süleyman Tağıyev və bələdiyyə üzvlüyünə namizədlər Gülayə Cəfərova, Hikmət Mehdiyev, Fərhad Rzayev ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar. Qeyd olunub ki, bələdiyyə islahatları yerli özünüidarəetmə orqanlarının funksional imkanlarını genişləndirmək, maliyyə müstəqilliyini gücləndirmək və şəffaflığı artırmaq məqsədi daşıyır.

Seçicilər Şahin Adnayev, Cavid İsmayılov YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.