YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşıda dayanan yeni hədəflərə doğru

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Kürdəmir rayonu Şilyan-Qarabucaq bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov Yeni Azərbaycan Partiyasının indiyə qədər əldə etdiyi tarixi nailiyyətlər əsasında bələdiyyə seçkilərində də müvəffəqiyyət qazanacağına olan inamını ifadə edib. Təşkilat sədri ölkədə həyata keçirilən genişmiqyaslı islahatların Azərbaycanın inkişafını sürətləndirdiyini və milli məqsədlərin həyata keçirilməsinə imkan tanıdığını qeyd edib. Onun fikrincə, bu islahatlar bütün müstəviləri əhatə edərək xalqın rifahını artırmağa yönəlib.

Seçki qərargahının üzvləri Arzu Şahbazov, Teymur Hüseynov və bələdiyyə üzvlüyünə namizəd Seymur Bünyətov yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində qarşı duran hədəflərin gerçəkləşdirilməsi naminə seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə çağırıblar.

Seçicilərdən Xudaverdi Qurbanov, Hikmət Məhərrəmov, Məsim Məmmədov, Bağır Babayev seçkilərdə fəallıq göstərərək Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklərini bildiriblər.

Qeyd edək ki, Topalhəsənli bələdiyyəsi üzrə namizədlər isə bir neçə məhəlli görüşlər keçiriblər.