Xəbərlər
Azərbaycan xalqı tarixinin ən şərəfli dövrünü yaşayır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Sabunçu rayonu, Balaxanı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Sabunçu rayon təşkilatı sədrinin müavini Zülfüqar Cəfərov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizə bütün sahələrdə uğurlar qazandırıb. Qeyd olunub ki, dövlətimizin güclü mövqeyi regional sülh və sabitlik üçün əlverişli zəmin formalaşdırır. Bu kontekstdə YAP-ın seçki proqramı və dövlətimizin strateji məqsədləri cəmiyyətimizin inkişafı və vətəndaşlarımızın rifahı üçün atılan addımların müsbət göstəricisidir.
Bələdiyyə üzvlüyünə namizədlər Vüsalə Məmmədova, Safura Abbasova, Elxan Mayılov, Mehriban Qarabəyova və Ağaverdi Məmmədov yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar.
Seçicilər Əlihəsən Vəliyev, İlkin Balazadə bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini deyiblər.
Qeyd edək ki, həmin gün Sabunçu rayonu, Bakıxanov bələdiyyəsi üzrə namizəd Salman Məmmədov, Zabrat bələdiyyəsi üzrə namizədlər Hikmət Alıyev və Nailə Nəsirova, Balaxan bələdiyyəsi üzrə namizəd Vüsalə Səlimova, Ramana bələdiyyəsi üzrə namizədlər Günel Məlikova və Rəcəb Məmmədov seçicilərlə fərdi və məhəllə görüşlər keçiriblər.
Həmçinin, Sabunçu rayonu, Sabunçu bələdiyyəsi üzrə namizəd Çingiz Vəlizadə Vətən müharibəsi şəhidi Telman Ələkbərovun ailəsini ziyarət edib.