YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabadlıların seçimi bəllidir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Sabirabad rayonu  Quruzma bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov bələdiyyələrin ötən dövr ərzində keçdiyi inkişaf yolundan və qarşıda duran vəzifələrdən bəhs edib. Təşkilat sədri qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası hər zaman olduğu kimi budəfəki seçkilərə də böyük uğurlarla gedir: “Əminliklə söyləmək olar ki, ümumxalq partiyası olan YAP bundan sonra da qarşısında duran vəzifələri müvəffəqiyyətlə yerinə yetirməklə ölkəmizin inkişafına müstəsna töhfələr verəcək”.

Görüşdə çıxış edən seçki qərargahının üzvləri Daşqın Şıxəliyev, Vaqif Ağayev və bələdiyyə üzvlüyünə namizədlər  Mirmövsüm Heydərov, Rahil Əlicanov və Vahid Əhmədov YAP-ın bələdiyyə seçkilərində növbəti qələbə qazanmaq əzmində olduğunu vurğulayaraq seçiciləri partiyanın namizədinə səs verməyə çağırıblar.

Görüş zamanı seçicilər Qara Qarayev, Şamxal Yusifov, Pünhan Bayramov və digərləri YAP-ın fəaliyyətini dəstəklədiklərini vurğulayıblar.