YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lənkəran seçicilərinin seçimi YAP-ın namizədləridir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Lənkəran rayonu, Hirkan- Xanbulan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP-ın səlahiyyətli nümayəndəsi Yalçın Əliyev bildirib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin liderliyi ilə ölkəmiz böyük inkişaf yolu keçib: “Qarşıda yeni hədəflər durur və dövlət başçısının uzaqgörən siyasəti Azərbaycanın qüdrətini daha da artıracaq”.

Görüşdə seçki qərargahının üzvləri Gülnarə Aslanova, Cəmaləddin Qasımov və bələdiyyə üzvlüyünə namizədlər Kazım Məmmədov, Ələmşah Məmmədov, Möhübbət Quliyev həyata keçirilən islahatların bələdiyyələrin şəffaflıq və hesabatlılığını artırdığını bildiriblər.

Seçicilər isə qarşıdan gələn bələdiyyə seçkilərində də YAP-ın namizədlərinə səs verəcəklərini səsləndiriblər.

YAP-ın Osaküçə, Vilvan, Sütəmurdov və Şürük bələdiyyələri üzrə namizədləri də seçkiqabağı təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşüblər.