YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxluların seçimi YAP-ın namizədləridir!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Samux rayonu Çobanabdallı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Tədbirdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov əvvəlcə Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərindən, həyata keçirilən daxili və xarici siyasət kursunun uğurlu nəticələrindən danışıb. Daha sonra o, YAP-ın ölkəmizin tərəqqisindəki, müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmlənməsindəki tarixi rolu və misilsiz xidmətlərindən söz açıb. Qeyd edib ki, YAP bu günə qədər qatıldığı bütün seçkilərdə möhtəşəm zəfərlərin altına imza ataraq qələbələr partiyası olduğunu sübuta yetirib.

Görüşdə çıxış edən bələdiyyə üzvlüyünə namizəd Eynur Fərmanlı YAP-ın seçki proqramından ətraflı bəhs edib.

Çıxış edən seçicilər Fazil Abdıyev və digərləri daha qüdrətli Azərbaycan naminə YAP-ı dəstəklədiklərini, bələdiyyə seçkilərində fəal iştirak edəcəklərini və partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər. Bir sözlə, onların yekdil fikri belə olub: “Samuxluların seçimi YAP-ın namizədləridir!”.