Xəbərlər
YAP bələdiyyə seçkilərinə böyük uğurlarla gedir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Daşkəsən rayonu, Daşkəsən və Qabaqtəpə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəlli görüşləri keçirilib.
Görüşlərdə çıxış edən Daşkəsən bələdiyyəsi üzrə namizədlər Nurəddin Sadıqov, Elçin Ələsgərli, Habil Süleymanov, Türkan Kəsəmənli və Qabaqtəpə bələdiyyəsi üzrə namizədlər Şaiq İsmayılov, Elşad Məmmədov, Elxan İsmayılov bildiriblər ki, yerli özünüidarəetmə sahəsində aparılan islahatlar regionların davamlı inkişafı və əhalinin rifah səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verir. Onlar seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Görüşlər zamanı seçicilər - şəhid atası Etibar Cəfərov, Akif Süleymanov, Elvin Verdiyev, Zakir Məmmədov və başqaları seçkilərdə fəal iştirak edəcəklərini, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.