Xəbərlər
Ölkəmiz tərəqqi yolunda inamla irəliləyir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Abşeron rayonu, Fatmayı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Abşeron rayon təşkilatının sədr müavini Ülvi Salmanov vurğulayıb ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan möhtəşəm uğurlara imza ataraq öz qüdrətini daha da artırıb: “Bütün sahələri əhatə edən kompleks tədbirlər sosial-iqtisadi inkişafı sürətləndirib, əhalinin rifahının daha da yaxşılaşmasını təmin edib. Bu gün ölkəmiz tərəqqi yolunda inamla irəliləyir”.
Görüşdə seçki qərargahının üzvü Faiq Xudayev, bələdiyyə üzvlüyünə namizəd Nəsir Nəsirli, Kəmalə Əlibəyova və kənd Ağsaqqallar Şurasının sədri Siyavuş Əliyev çıxışlarında xalqımızın Ulu Öndərin siyasətinə daim dəstək verdiyini xüsusi qeyd ediblər. Onlar ölkəmizdə keçirilən bütün seçkilərdə YAP-ın namizədlərinin qələbə əldə etdiklərini vurğulamaqla yanaşı, növbəti bələdiyyə seçkilərində bu partiyanın namizədlərinin uğur qazanacaqlarına ümidvar olduqlarını söyləyiblər.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının namizədləri Abşeron rayonunun kənd və qəsəbələrində bir neçə məhəlli görüşü də keçiriblər.
Görüşlər zamanı seçicilər qələbələr partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini vurğulayıblar.