YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Konkret hədəflər istiqamətində

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şəki rayonu, Cəfərabad və Aydınbulaq bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.

Görüşlərdə çıxış edən YAP Şəki rayon təşkilatının sədr müavini Ziya Vəliyev qeyd edib ki, seçkilər vətəndaşların ictimai həyatdakı fəallığını artırmaqla yanaşı, idarəetmədə gender bərabərliyini də təşviq edir. Onun sözlərinə görə, builki seçkilərdə namizədlər arasında gənclərlə yanaşı, qadınların da fəallıq göstərməsi olduqca sevindiricidir: “Bələdiyyə seçkilərinə YAP tərəfindən irəli sürülmüş namizədlərin tərkibinə baxsaq, seçki məntəqələri üzrə qadınların xüsusi çəkisinin kifayət qədər olduğunu görmək mümkündür. Bu mənada demək olar ki, bu gün qadınlarımız onlar üçün yaradılmış imkanlardan və şəraitdən səmərəli istifadə edirlər”.

Təbliğat qrupunun üzvləri Ərəstun Məmmədov, Əli Səfərov, Məhəmməd Əyyubov, Vüqar Qafurov, bələdiyyə üzvlüyünə namizədlər Amil Cəmilov, Anar Rəsulov, Şahid Mustafayev, Aslan Qurbanəliyev, Cahangir Seyidov, Yeganə İbrahimli, Cahangir Həsənov, Elsevər Bayramov, Şahnaz Abbasova, Nübar Həmidova, Kamran Bəbişov qeyd ediblər ki, yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaqları halda, öz fəaliyyətlərini konkret hədəflər istiqamətində quracaq və onlara göstərilən etimadı əməli işləri ilə doğruldacaqlar.

Seçicilər Məmməd Məmmədov, Tofiq Mustafayev və başqaları YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.