Xəbərlər
YAP xalqın birmənalı seçimidir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Nizami rayonu, Nizami və Keşlə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Nizami və Keşlə bələdiyyələri üzrə namizədlər, seçki qərargahının və təşviqat qrupunun üzvləri şəhid ailələrini, qaziləri, rayon sakinlərini ziyarət edib, evlərdə və məhəllələrdə seçicilərlə görüşlər keçiriblər. Görüşlərdə YAP-ın bələdiyyə seçkiləri ilə əlaqədar seçki kampaniyasının əsasları diqqətə çatdırılıb. Seçicilər seçki günündə mütəşəkkil qaydada iştiraka və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə dəvət ediliblər.
Seçicilər də qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.