Xəbərlər
Məqsəd yeni hədəflər fəth etməkdir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Zərdab rayonu, Çallı, Gəlmə, Kəndəbil və Dəkkəoba bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
YAP Zərdab rayon təşkilatının sədr müavini Ələkbər Kərimov bildirib ki, yerli özünüidarəetmə sahəsində təkmilləşdirmə işləri vacib yer tutur, çünki əhalinin göstərilən xidmətlərdən razılığı cəmiyyətin inkişafına və demokratik proseslərin irəliləməsinə birbaşa təsir edir. Bu səbəbdən yerli özünüidarəetmənin səmərəliliyini artırmaq üçün qarşıda mühüm vəzifələr dayanır: “Məqsədimiz yeni hədəfləri fəth etməkdir”.
Çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Rafiq Umudov, Əli Ağayev, Fərahim Əliyev, Habil Əsədov, Məmməd Əhmədov, Qalib Həsənov, Sevda Həsənova, Lamiyə Bədəlzadə, İsrayıl İsayev, Taleh İsmayılov, Zəridə Məmmədova və Təvəkkül Sadıqov qeyd ediblər ki, əhaliyə xidmətlərin keyfiyyətinin yüksəldilməsi, həmçinin vətəndaş məmnunluğunun artırılması prioritetdir.
Seçicilərdən Ariz Pənahov, Vüqar Rəsulov, Səbinə Mahmudova və digərləri bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.