Xəbərlər
Yeni Azərbaycan Partiyası öz gücünü xalqın dəstəyindən alır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Qaradağ rayon təşkilatının sədr müavini Faiq Qurbanov bildirib ki, Yeni Azərbaycan Partiyası indiyədək iştirak etdiyi bütün seçkilərdə qalib gəlib. Növbəti bələdiyyə seçkiləri ilə bağlı partiyanın seçki proqramı haqqında məlumat verən F.Qurbanov YAP-ın daim xalqa xidmət prinsipini əsas götürdüyünü qeyd edib.
Bələdiyyə üzvlüyünə namizədlər Ayxan Əliyev, İmamverdi Fəxrəddinov, İsmayıl Xəlilzadə, Tərlan Məmmədov, Fazil Orucov və Hacıyev Həsənağa Yeni Azərbaycan Partiyasının seçki proqramında sosial məsələlərə xüsusi diqqət yetirildiyi və xalqın rifah halının daha da yaxşılaşdırılmasının əsas hədəflərdən olduğunu bildirib. Vurğulanıb ki, bu məqsədlə partiya müxtəlif sosial proqramların həyata keçirilməsini və əhalinin həyat şəraitinin yaxşılaşdırılmasını ön plana çıxarır.
Çıxış edən seçicilər Mətanət Cəfərova, Tural Məmmədov, Azər Ağakişiyev və digərləri bələdiyyə seçkilərində YAP-ın namizədlərini dəstəkləyəcəklərini bildiriblər.