Xəbərlər
Xaçmaz seçicilərinin mövqeyi dəyişməzdir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Xaçmaz rayonu, Xaçmaz bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Xaçmaz rayon təşkilatının məsləhətçisi, qərargah üzvü Fazil Rəhmətov bildirib ki, Yeni Azərbaycan Partiyası dövlətin və cəmiyyətin inkişafına yönəlmiş fəaliyyətini daha da gücləndirir, Azərbaycan vətəndaşının rifahına xidmət etməyə davam edir.
Tədbirdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Tural Məlikov, Ağasəlim Səmədov, Rüfət Musayev və Ramin Əliverdiyev qeyd ediblər seçiciləri seçkilərdə fəal iştirak etməyə çağırıblar.
Seçicilər isə mövqelərinin dəyişməz olduğunu, bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, bələdiyyə üzvlüyünə namizədlər Xaçmaz, Xudat, Yalama, İstisu, Yeni Həyat, Qusarçay, Nərəcan, Köhnə Xaçmaz, Qımılqışlaq, Yergüc, Hülövlü, Çarxı və Qaraqurtlu bələdiyyələri ərazisində seçicilərlə məhəllə görüşləri keçiriblər.