Xəbərlər
Beyləqan seçicilərinin seçimi bəllidir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Beyləqan rayonu, Aşıqalılar və İkinci Şahsevən bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Aşağı Çəmənli, Yuxarı Çəmənli və Qaradağlı kəndlərində seçicilərlə görüşü keçirilib.
Görüşlərdə YAP Beyləqan rayon təşkilatının sədr müavini Niyaməddin Əsgərov yanvarın 29-da bələdiyyə seçkilərinin demokratik şəraitdə keçirilməsinə hər cür şərait yaradıldığını bildirib.
Çıxış edən seçki qərargahının üzvləri Elvin Məmmədov və bələdiyyə üzvlüyünə namizədlər Məzahir Nazarov, Rüfət Məmmədov, Məsdalı Əliyev, Rasim Əliyev, Ramil Məmmədov, Elbrus İbrahimov, Elşən Cəfərov, Ayaz Quliyev, Elçin Əhmədov və Novruz Quliyev ötən müddət ərzində bələdiyyələrin cəmiyyət həyatında rolundan, YAP-ın seçki proqramından bəhs ediblər.
Seçicilər Ələddin Cəfərov, Mövsüm Məmmədov YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.