Xəbərlər
YAP-ın qələbə qazanacağı şübhəsizdir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Tərtər və Azadqaraqoyunlu bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Azadqaraqoyunlu, İlxıçılar və Aşağı Qapanlı kəndlərində seçicilərlə görüş keçirilib.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov partiyanın seçki proqramı və bələdiyyə üzvlüyünə namizədləri haqqında ətraflı məlumat verib: “Ölkəmizdə indiyədək keçirilmiş bələdiyyə seçkilərində fəal iştirak edərək inamlı qələbə qazanan partiyamızın bu dəfə də parlaq qələbə qazanağı şübhə doğurmur”.
Seçki qərargahının üzvü Azər Ağayev, namizədlər Rafayıl Hüseynov və Xalis Zeynalov çıxışlarında ölkəmizdə həyata keçirilən siyasətin uğurlarından bəhs ediblər. Bələdiyyələrin əldə etdiyi nailiyyətlərdən də danışan çıxış edənlər seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Qeyd edək ki, namizədlər rayon ərazisində məhəllə görüşləri də keçiriblər.