Xəbərlər
YAP bu bələdiyyə seçkilərində də uğuru ilə fəqlənəcək
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Kəngərli rayonu, Qarabağlar bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva bildirib ki, YAP-ın bu seçkilərdə də qələbə qazanacağına inamımız böyükdür: “Bu inam Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlardan, mütərəqqi sosial layihələrdən, ölkəmizin regionda və dünyada artan nüfuzundan irəli gəlir. Hesab edirik ki, yanvar ayının 29-da baş tutacaq növbəti bələdiyyə seçkiləri ölkəmizdə seçki demokratiyasına növbəti töhfəsini verəcək”. O, eyni zamanda partiyanın bələdiyyə üzvlüyünə namizədləri haqqında məlumat verib, onların peşəkar və təcrübəli insanlar olduğunu söyləyib.
Seçki qərargahının üzvü Məhəmməd Məmmədov, bələdiyyə üzvlüyünə namizədlər Asif Ağammədov, Ramidə Babayeva, Allahverdi Məmmədov, Sevil Təmoyeva və Şahlar Orucov çıxışlarında zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddət ərzində ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstəyin dayandığını vurğulayıblar. Onlar görüş iştirakçılarını seçkilərdə fəal iştiraka çağırıblar.
Seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, Qarabağlar və Xok bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədləri Çalxanqala, Xıncab və Xok kəndlərində məhəllİ görüşləri də keçiriblər.