YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP xalqın etimadını doğruldub

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şərur rayonu, Daşarx bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Seçki qərargahının üzvü Cahandur Məhərrəmov bildirib ki, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq həyata keçirilən islahatlar vətəndaşlar tərəfindən təqdirlə qarşılanır. C.Məhərrəmov “Yarandığı vaxtdan bütün seçkilərdə inamlı qələbə qazanan Yeni Azərbaycan Partiyası xalqın ehtimadını doğruldub” - deyə vurğulayıb. 

Görüşdə çıxış edən təşviqat qrupunun üzvləri Ələkbər Süleymanov və Bəhruz İbrahimov, bələdiyyə üzvlüyünə namizədlər Musa Vəliyev, Məmməd Hüseynov və Gülçin Calalova bildiriblər ki, dövlət başçısının çoxşaxəli islahatlar kursunun mühüm tərkib hissəsi kimi həyata keçirilən ardıcıl tədbirlər bələdiyyə institutunun təkmilləşdirilməsinə də öz töhfəsini verməkdədir.

Çıxış edənlər Şərur seçicilərinin bələdiyyə seçkilərində fəal iştirak edəcəklərini Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini vurğulayıblar.