Xəbərlər
Azərbaycan xalqı YAP-ın fəaliyyətini yüksək dəyərləndirir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Nərimanov rayon təşkilatı sədrinin müavini Anar Abbasov ölkə vətəndaşlarının Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti birmənalı şəkildə dəstəklədiklərini qeyd edib. Onun sözlərinə görə, qazanılan nailiyyətlər milli maraqlar naminə müəyyən edilmiş hədəflərin uğurla reallaşdığını təsdiqləyir.
Bələdiyyə üzvlüyünə namizədlər Təmraz Tağıyev, Nizami Babaşov, İradə Qarayeva, Tamerlan Əkbərov, Ülkər Piriyeva, Kənan Mahmudov, Əliyar Həsənov, Azər Novruzov və təşviqat qrupunun üzvü Vahid Quliyev bildiriblər ki, Azərbaycanın davamlı inkişafını təmin edən əsas amillərdən biri ictimai-siyasi sabitliyin mövcudluğudur. Əminliklə vurğulanıb ki, məqsədyönlü siyasət xalqımıza yeni qələbələr bəxş edəcək, ölkəmizi yeni zirvələrə yüksəldəcək.
Fəaliyyəti cəmiyyətdə böyük təqdirlə qarşılanan Yeni Azərbaycan Partiyasının xalqın inam və etimad ünvanı olduğunu söyləyən natiqlər seçiciləri partiyanın irəli sürdüyü namizədləri dəstəkləməklə parlaq gələcəyə səs verməyə çağırıblar.