Xəbərlər
YAP-ın namizədləri qələbə əzmindədirlər
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Mingəçevir şəhəri, Mingəçevir bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev Azərbaycanın yaratdığı yeni reallıqlar ölkəmizin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. O, vurğulayıb ki, seçki prosesində iştirak edərək YAP-ın namizədlərini dəstəkləməklə seçicilər firavan gələcəyə imza atmış olacaqlar.
Seçki qərargahının üzvləri Üzeyir Zeynalov, Rizvan Mikayıllı, Mustafa Muradov, Pərviz Məmmədov və bələdiyyə üzvlüyünə namizədlər Şəmsinur Hüseynova, Anar İsmayılov, Ədalət Quliyeva, Nargilə Kərimova, Gülnar Hidayətova, Vüsal Alşanov, Mahnur Ömərova, Samin Tağıyev, Ruslan Seyidov, Gülnarə Dadaşova, Nağı Zeynallı, Gültəkin Nəzərova, Xədicə Abdullayeva və Fikrət Həsənov çıxışlarında bildiriblər ki, bələdiyyələrin yerli infrastrukturun inkişafı və ekologiyanın qorunması sahəsində həyata keçirdiyi layihələr də əhəmiyyətli nəticələr verib. Həmçinin, bələdiyyələr icmaların sosial-iqtisadi problemlərinin həlli üçün əhalinin birbaşa iştirakına əsaslanan proqramlar təşkil ediblər.
Görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.