Xəbərlər
YAP dövlətçilik maraqlarının etibarlı müdafiəçisidir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Daşkəsən rayonu, Daşkəsən və Qaraqullar bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəllə görüşləri keçirilib.
Görüşlərdə Daşkəsən bələdiyyəsi üzrə namizədlər - Oqtay Yusifov, Rəna Nedolivka, Habil Süleymanov, Alidə Mustafayeva və Qaraqullar bələdiyyəsi üzrə namizəd Vasif Mustafayev Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yoldan bəhs ediblər və bildiriblər ki, YAP Azərbaycan dövlətçiliyini möhkəmləndirən və uca tutan partiyadır. Namizədlər bildiriblər ki, indiyədək bələdiyyələr bir çox mühüm layihələrin həyata keçirilməsinə, o cümlədən müasir infrastruktur quruculuğuna, əhalinin məşğulluğunun təmin olunmasına və sosial məsələlərin həllinə önəmli töhfələr veriblər.
Seçicilər Akif Süleymanov, Cəlalə Mustafayeva və başqaları YAP-ın fəaliyyətini dəstəklədiklərini və seçkilərdə partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.