Xəbərlər
İnkişaf yolunda...
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədr müavini Faiq Qurbanov xalqın etimadını layiqincə doğruldan Yeni Azərbaycan Partiyasının növbəti bələdiyyə seçkilərinə yeni reallıqlar və çağırışlar fonunda qatıldığını bildirib.
Bələdiyyə üzvlüyünə namizədlər Osman Quliyev, Hüsniyyə İsmayılova və Həcər Mirzəyeva Yeni Azərbaycan Partiyasının seçki proqramı haqqında geniş məlumat veriblər. Onlar, həmçinin bələdiyyə seçkiləri ilə bağlı öz fikir və düşüncələrini də tədbir iştirakçıları ilə bölüşüblər.
Seçicilər Mahir Qaçayev və Ceyran Mehdiyeva YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.