Xəbərlər
Uzaqgörən və qətiyyətli siyasət
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Kürdəmir rayonu, Köhünlü bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Seçki qərargahının üzvləri Nurlan Şəfiyev, Teymur Hüseynov, bələdiyyə üzvlüyünə namizədlər Azər Ağayev və Elxan Usubov YAP-ın seçki proqramı haqqında ətraflı məlumat veriblər. Onlar, həmçinin Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlaşdığını diqqətə çatdırıblar.
Seçicilər Simuzər Hüseynova, Əhməd Əhmədov və İsrayıl Bağırov səsvermə günü seçki məntəqələrinə gedərək YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, həmin gün Kürdəmir, Mollakənd, Şilyan-Qarabucaq, Karrar qəsəbə və Cəyli bələdiyyələri üzrə YAP-ın namizədləri məhəlli görüşlər keçiriblər.