YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətimiz böyük potensiala malikdir

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Azərbaycan bölgədə və regionda etibarlı tərəfdaş kimi böyük potensiala malik olan bir dövlətdir və öz milli dövlətçilik maraqları çərçivəsində dünya arenasına uğurla inteqrasiya etməkdədir. Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycanın Cənubi Qafqaz regionunda mühüm nüfuz sahibi olması bölgənin sosial-iqtisadi inkişafına mühüm töhfələr verməkdədir.

Prezident İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibə verib. Dövlətimizin başçısı müsahibəsində bir sıra mühüm məqamlara toxunaraq bildirib ki, forumda hər zaman yeni ideyalar meydana gəlir və beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu var: “Bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var. İkincisi, gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Əlbəttə, biz hələ ki, qlobal transformasiyanın ilkin mərhələsindəyik və bir çox məsələ hadisələrin gedişatından asılı olacaq”.

Xüsusilə qeyd etmək lazımdır ki, ölkəmizin beynəlxalq münasibətlər sistemində rolu və nüfuzu durmadan armaqdadır. Bu gün cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan siyasi, iqtisadi sahədə dayanıqlı inkişafa nail olmuşdur və regionda böyük potensiala sahib olan bir dövlətdir.

Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə ölkəmizin beynəlxalq əlaqələrini və qlobal məsələlərə olan yanaşmasını bir daha dünyaya tanıtmağın önəmli bir nümunəsidir. Müsahibədə dövlət başçısının qlobal məsələlərə dair irəli sürdüyü fikirlər və Azərbaycanın mövqeyi ölkəmizin beynəlxalq siyasətdə möhkəm yerini və strateji baxışını əks etdirir. Bu cür müsahibələr Azərbaycanın mövcud geosiyasi vəziyyətdə rolunu bir daha aydınlaşdırır və ölkənin dünya ilə əlaqələrinin gücləndirilməsində mühüm addım atır.