Xəbərlər
“Unudulmaz qətliam və Tarixi ədalət”

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Unudulmaz qətliam və Tarixi ədalət” adlı tədbir keçirilib.
Əvvəlcə Yasamal rayonunda Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin, həmçinin soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Sonra soyqırımı qurbanlarına həsr olunmuş videoçarx nümayiş olunub.
Bakı Dövlət Universiteti Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru Nuru Məmmədov və Bakı Dövlət Universiteti Tarix fakültəsinin Mənbəşünaslıq, Tarixşünaslıq və Metodika kafedrasının dosenti Arzu Xəlilzadə azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınmasından danışıb və bütün bunların XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindən biri olduğunu deyiblər.
Qeyd olunub ki, 1918-ci il mart soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşüb.Ulu Öndər Heydər Əliyev tərəfindən 1998-ci il martın 26-da 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalanıb.