Xəbərlər
"Konstitusiyamız qanunvericiliyimizin təməlidir, suverenliyimiz isə müstəqilliyimizin təminatıdır”

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının, Şəmkir Rayon İcra Hakimiyyətinin, Şəmkir Təhsil sektorunun və Şəmkir Mədəniyyət sektorunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Konstitusiyamız qanunvericiliyimizin təməlidir, suverenliyimiz isə müstəqilliyimizin təminatıdır” adlı tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və digərləri Azərbaycan Respublikasının Konstitusiyasının yaranmasından və bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, Konstitusiyanın qəbul edilməsi müstəqillik tariximizin ən mühüm hadisələrindən və Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.
Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunmasının əhəmiyyətindən geniş bəhs olunub.
Tədbir bədii hissə ilə yekunlaşıb.