YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

SOCAR AÇG üzrə tərəfdaşları ilə yeni saziş bağlamaq istəyir

Bu gün “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənilməsi layihəsinin tərəfdaşları - BP, "Statoil", "Exxon Mobil", "Shevron", "İtochu", İNPEX, TPAO, "ONCL Videsh" şirkətlərinin təmsilçiləri ilə SOCAR və SOFAZ rəhbərliyinin görüşü keçirilib.

Görüşdə “Azəri”, "Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənilməsinə dair 1994-cü il sentyabrın 20-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü və gərgin səyləri ilə imzalanmış Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) tarixə “Əsrin müqaviləsi” kimi əbədilik həkk olunduğu qeyd edilib, bu hadisənin regional və qlobal əhəmiyyəti vurğulanıb. HPBS üzrə uzunmüddətli əməkdaşlıq məsələlərini müzakirə edən görüş iştirakçıları layihənin indiki və gələcəkdə mümkün inkişafı haqqında ətraflı fikir mübadiləsi aparıblar.

BP və tərəfdaş şirkətlərin nümayəndələri Azərbaycan Respublikasında xarici investisiyaların təşviqi və qorunması üçün sabit şəraitin yaradıldığını yüksək qiymətləndirib, mövcud əlverişli biznes mühitinin enerji layihələrinin inkişafında mühüm rol oynadığını qeyd ediblər. Bildirilib ki, tərəfdaşlar gələcək fəaliyyət planlarında bunu məmnuniyyətlə nəzərə alırlar. Layihənin operatoru olan BP və görüşdə təmsil edilən digər xarici şirkətlərin nümayəndələri SOCAR-la uzunmüddətli əməkdaşlıq təcrübəsinin effektivliyini və onun etibarlı tərəfdaş olduğunu xüsusi vurğulayıblar.