YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycanın taleyini dəyişən zəfər tarixi”

Salyanda “26 İyun –Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirilib

İyunun 25-də Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının, rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş “Azərbaycanın taleyini dəyişən zəfər tarixi” mövzusunda tədbir keçirilib.

Salyan rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Silahlı Qüvvələr Gününə həsr olunmuş videoçarx nümayiş edilib.

Tədbirdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı Rəşad Kərimov, Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova, rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, Sarvan kənd tam orta məktəbin hərbi rəhbəri, Vətən müharibəsi iştirakçısı Abdulla Əliyev və şəhər 8 saylı tam orta məktəbin hərbi rəhbəri, Aprel döyüşləri iştirakçısı, qazi Zamiq Əsgərov çıxış edərək Azərbaycan Ordusunun keçdiyi inkişaf yolundan bəsh ediblər. Bildirilib ki, Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılması Ulu Öndərin adı ilə bağlıdır. Dahi şəxsiyyətin bu istiqamətdə həyata keçirdiyi siyasəti nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatı yaxşılaşdırılıb, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına və döyüş ruhunun yüksəldilməsinə diqqət artırılıb. Qısa müddət ərzində Azərbaycan Ordusu böyük inkişaf yolu keçərək bölgənin ən güclü ordusuna çevrilib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin başladığı və Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi ordu qurulucuğu siyasəti nəticəsində ordumuz gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyəti artırılır. Məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Rəşadətli Azərbaycan Ordusunun zirvəsini təşkil edir. Vurğulanıb ki, 2023-cü il sentyabrında qısa müddətdə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin tam bərpa olunması yenilməz şanlı Ordumuzun nəyə qadir olduğunun və Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı bütün təxribatların qarşısının qətiyyətlə alınacağının bir daha sübutudur.

Sonda xatirə fotosu çəkdirilib.