YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məğrur xalqın qürur günü

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının qərargahında 27  sentyabr -  Anım Gününə həsr olunmuş “Məğrur xalqın qürur günü” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə rayonun Şəhidlər Xiyabanında ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsinə ucaldılmış abidə kompleksinin önünə tər qərənfillər düzüblər. Müqəddəs şəhidlərimizə dərin hörmət və  ehtiram ifadə olunub. 

Anım tədbirində Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev açaraq şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyib. A.Nəbiyev Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı tarix yazan  şəhidlərimizin, qazilərimizin keçdiyi şərəfli döyüş yolundan, qəhrəmanlığından geniş danışıb.

Təşkilat sədri cənab İlham Əliyevin həyata keçirdiyi mühüm islahatlardan, müstəqil, suveren Azərbaycanın qazandığı nailiyyətlərdən və qarşıda duran hədəflərdən də ətraflı bəhs edib.

Çıxış edən Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gülayə Həsənova, Vətən müharibəsi qazisi Samir Çobanov, şəhid atası Elxan Abdullayev, gənc partiya fəalı Pəri İbrahimova 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbədən, dünya hərb tarixinə yeni səhifə yazan qüdrətli Azərbaycan Ordusunun şücaətindən ətraflı danışıblar. Natiqlər müdrik Azərbaycan xalqının İlham Əliyev cənablarının rəhbərliyi ilə yeni uğurlara, qələbələrə imza atacağına əminliklərini  ifadə ediblər.    

Sonda partiya veteranlarından şair Cavanşir Rüstəm, Kazım Kazımlı müqəddəs şəhidlərimizə həsr etdikləri şeirlərini səsləndiriblər.