YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sosial siyasət insanların layiqli həyat şəraitini təmin edir

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri

İlk dəfə olaraq suveren ölkəmizin bütün ərazilərində keçirilən seçkilər yolu ilə yeni tərkibdə formalaşan yeddinci çağırış Azərbaycan Respublikasının Milli Məclisi müstəqil Azərbaycanda aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsinə öz töhfəsini vermək əzmindədir.

Ulu Öndər Heydər Əliyevin yolunu layiqincə davam etdirərək Azərbaycanı zirvələrə yüksəldən, dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevirən Prezident İlham Əliyevin Milli Məclisin ilk iclasında iştirakı, proqram xarakterli tövsiyələrini verməsi Azərbaycan parlamentin tarixinə yazılan ən mühüm hadisələrdən oldu.

“İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə – nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik” - deyə bildirən Ali Baş Komandan onu da vurğulayıb ki, bizim hərbi imkanımız, gücümüz olmasaydı, heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik.

Cənab İlham Əliyevin sərkərdəlik və diplomatik məharəti, Silahlı Qüvvələrimizin qəhrəmanlığı və fədakarlığı sayəsində əzəli torpaqlarımız 30 illik işğaldan azad olundu. Milli dəyərlərinə hörmətlə yanaşan Azərbaycan xalqı öz tarixi müstəqilliyini, suverenliyini bərpa etdi. Tarixi 44 günlük haqq savaşı xalqımızın Vətənə olan sonsuz məhəbbətini, bir yumruq ətrafında birləşdiyini nümayiş etdirdi.

Prezident İlham Əliyev çıxışı zamanı ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin dövlətin ümumi siyasətinin ayrılmaz hissəsi olduğunu diqqətə çatdırıb: “Səkkiz ayda iqtisadiyyat dörd faizdən çox artıb, qeyri-neft sektorunda yeddi faiz olub. Biz son illər ərzində mənim tapşırığımla xarici borcumuzu ildən-ilə aşağı salırdıq və bu gün ümumi daxili məhsula nisbətdə bu, cəmi 7,5 faiz təşkil edir”.

Əlbəttə ki, ölkə vətəndaşlarının sosial rifahını yaxşılaşdırmaq üçün yürüdülən düşünülmüş siyasət birbaşa iqtisadi sahədə inkişafla birbaşa bağlıdır. Cənab İlham Əliyev gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın artırılacağının xoş müjdəsini də verdi.

Dövlət başçısının qeyd etdiyi kimi, sosialyönümlü siyasət bir daha bizim ümumi siyasətimizi, niyyətimizi göstərir. Əlbəttə ki, gələcəkdə bu istiqamətdə siyasəti aparmaq üçün iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişləndirilməsi əsas şərtdir. Ölkəmizdə həyata keçirilən uzaqgörən sosial siyasət bu gün, eyni zamanda gələcəkdə insanların layiqli həyat şəraitinin təmin edilməsini, bu təminatın səviyyəsinin yüksəlməsini həyata keçirən proqramlar vasitəsi ilə reallaşdırılacaq, vətəndaşların həyat şəraitinin daha yaxşı olmasını təmin edəcək.