YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Türkdilli ölkələrin birliyi bu gün daha aktual xarakter almaqdadır

«Dünyanın mövcud geosiyasi şərtləri fonunda türkdilli ölkələrin birliyi bu gün daha aktual və vacib xarakter almaqdadır. Xüsusilə, qlobal güc mərkəzlərinin nəzər-diqqətinin məhz bu məkana çevrildiyi bir məqamda türkdilli dövlətlər arasında sarsılmaz birliyin olması mühüm əhəmiyyət kəsb edir». Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, bu yaxınlarda  Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının  V Sammitini ilk növbədəbu baxımdan dəyərləndirmək lazımdır. Onun sözlərinə görə, hazırda türkdilli ölkələr arasında münasibətlər keyfiyyətcə yeni inkişaf mərhələsindədir.

«İkitərəfli münasibətlərin intensiv inkişafı ilə yanaşı, Türkdilli Dövlətlər Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası, TÜRKSOY və digər təşkilatlar da işbirliyi və inteqrasiyanı təmin etməklə yanaşı. əməkdaşlığın yeni perspektivini müəyyənləşdirməyə, həmçinin mövcud təhdidlərdən qorunmağa imkan verir. Bu təşkilatçar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi, xüsusilə humanitar sahələrdə işbirliyinin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Türkdilli dövlətlər öz xarici siyasət kursları, o cümlədən çoxşaxəli münasibətləri ilə regional və qlobal təhlükəsizliyə töhfə verirlər. Mövcud geosiyasi reallıqlar kontekstində türk dövlətləri arasında birliyin formalaşdırılması həm də qlobal mənada təhlükəsizliyin, regionda sülh və sabitliyin təmin olunmasına töhfələr verə bilər. Bilirsiniz ki, türkdilli ölkələrin əhatə olunduğu regionun çox böyük siyasi, iqtisadi imkanları var. Regional əməkdaşlıq bu imkanlardan səmərəli istifadəni daha da inkişaf etdirə və regionun gələcək taleyini sözün həqiqi mənasında təminat altına ala biləcək yeni qlobal layihələrin ərsəyə gəlməsinə şərait yarada bilər. Əgər dövlətlərin birliyi tam mənada təmin olunarsa, yeni nəqliyyat dəhlizləri, yeni kommunikasiyalar açıla bilər, regionda yerləşən bütün ölkələr qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edə bilərlər»- deyə, komitə sədri vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv